Sumqayıtda gənclərin iştirakı ilə “FərqliSƏN!?” adlı forum keçirilib

613

Sumqayıtdakı Heydər Əliyev Mərkəzinin akt zalında gənclərin “FərqliSƏN!?” adlı forum keçirilib. Tədbir şəhər Gənclər və İdman Baş İdarəsinin, Gənclər Klubunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər nümayəndəliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Gənclərin fərdi inkişafına dəstək, ahəngdar inkişaflarının təmin edilməsi və asudə vaxtın səmərəli təşkili məqsədi ilə təşkil olunan forum ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimiz əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, gənclərimizin bu müharibədəki qəhrəmanlıqlarından söz açıb, ölkəmizdə və şəhərimizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, icra olunan dövlət proqramlarından danışıb.

Forum “İnsan mühəndisliyi”, “Karyera planlamasında marketinqin rolu”, “Əmək bazarında biz”, “Beynimiz necə çalışır?”, “Davranışımızın sosial-psixoloji tərəfləri” kimi mövzularda interaktiv çıxışlarla davam edib. “Hədəf” şirkətlər qrupunun direktoru, Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri Şamil Sadiq, “Smile Pay” və “Whelp” şirkətində PR və marketing şöbəsinin müdiri Asif Bəşirov, Azərbaycan İnsan Resursları Assosiasiyasının idarə heyətinin üzvü İlkin Məcidov, Beyinix – Sosial araşdırma və təlim agentliyinin təsisçisi Orxan Şahbaz təqdimatlarla çıxış ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər