Sumqayıtda güləş üzrə yarışa start verildi

700
Sumqayıt şəhərində Gənclər və İdman baş idarəsi və 2 saylı ərazi vergilər idarəsinin təşkilatçılığı ilə 1995-1996-ci il təvəllüdlü 67 idmançının qatıldıgı yarışa start verilib. SİA-nın xəbərinə görə, tədbiri giriş nitqi ilə açan Azərbaycan Güləş Federasiyasının 2 saylı ərazi nümayəndəliyinin direktoru Abbas Hüseynov ölkə prezidenti cənab İ.Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Eləcə də Avropa və dünya çempionatlarında, olimpiya oyunlarında idmançılarımızın qazandığı möhtəşəm qələbələrdən danışıb.
Daha sonra Sumqayıt güləşçiləri ilə yanaşı Abşeron, Xızı, Siyəzən rayon idmançıları döşək üzərinə çıxıb. Ceyhun Eyyubov, SİA.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər