Sumqayıtda güzəştli mənzil tikintisi üçün torpaq sahələri müəyyənləşdirilir

1957

Sumqayıt və Gəncədə güzəştli mənzil tikintisi üçün torpaq sahələri müəyyənləşdirilir.

Trend xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti üzrə hesabatda deyilir.

Qeyd olunur ki, ötən müddət ərzində Azərbaycanın regionları üzrə, o cümlədən iqtisadi inkişaf göstəriciləri yüksək olan şəhərlər üzrə statistik məlumatların təhlili aparılaraq, növbəti illər ərzində mənzil tikintisinə ehtiyacı olan əsas şəhərlər müəyyənləşdirilib. Eyni zamanda, güzəştlə mənzil əldə etmək hüququ olan və “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinetə sahib olan vətəndaşlar arasında güzəştli mənzillərin inşa oluna biləcəyi şəhərlərin, mənzillərin otaq sayının və ölçülərinin, digər göstəricilərin proqnozlaşdırılması məqsədilə sorğu keçirilib.

Əldə olunmuş nəticələr güzəştli mənzillərin tikintisi üçün potensial şəhərlərin müəyyənləşdirilməsində istifadə edilib. Aparılmış araşdırmaların nəticələrinə əsasən Sumqayıt, Gəncə və s. şəhərlərdə də uyğun qiymətə mənzillərin tikintisi imkanlarının təhlilinə başlanılıb. Sumqayıt və Gəncə şəhərlərində münasib torpaq sahələrinin müəyyənləşdirilməsi üçün ilkin işlər aparılıb.

Müxtəlif mülkiyyətlərdə olan torpaq sahələrinin mənzil təminatında istifadəyə cəlb edilməsi üçün müxtəlif mexanizmlərlə bağlı təklilflər hazırlanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər