Sumqayıtda Həmrəylik Günü və Yeni il münasibəti ilə hazırlanmış tort kəsildi

1262

Sumqayıt şəhərində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə hazırlanmış tortun təqdimatı olub.

APA-nın xəbərinə görə, mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, millət vəkilləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qeyd olunub ki, çəkisi 12 tona yaxın, uzunluğu 52 metr olan Avropanın ən nəhəng tortu üzərində Bakının, Sumqayıtın, Azərbaycanın digər bölgələrinin görüntüləri əks olunub.

E. Əzizov jurnalistlərə açıqlamasında dünyanın ən böyük şirniyyatlarının hazırlanmasının maraqlı praktikaya çevrildiyini deyib.

İH başçısı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə ictimaiyyət nümayəndələrini təbrik edib.

Tortu hazırlanmasını həyata keçirən türkiyəli iş adamı Müzəffər Əbiloğui isə deyib ki, tort on günə hazırlanıb. Şirniyyatın hazırlanmasında 2250 kiloqram un, 1975 kiloqram şəkər tozu, 1100 kiloqram qoz, fındıq, kokos, 225 kiloqram qatılaşdırılmış süd, 250 litr süd, 300 kiloqram yağdan və s. istifadə olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər