Sumqayıtda həyat yoldaşını 18 bıçaq zərbəsi ilə öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

1299

Sumqayıt şəhərində arvadını amansızlıqla öldürməkdə təqsirləndirilən Rəfayıl Feyziyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi yekunlaşdırılaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 13-nə təyin edilib.

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il mayın 18-də Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində baş verib. Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri R.Feyziyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisədən sonra qətli törədən R.Feyziyev könüllü olaraq polisə təslim olub.

Məlumata görə, R.Feyziyev həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb.

Bundan sonra o, həyat yoldaşı R.Feyziyevanı yaşadıqları mənzildə 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

R.Feyziyev barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər