Sumqayıtda Heydər Əliyev Mərkəzində ilk nikah mərasimi – VİDEO

826

Qeyd edək ki, parkın ərazisində ümumi sahəsi 5 min kvadratmetr olan 4 mərtəbəli, hazırda toplaşdığımız Heydər Əliyev Mərkəzi inşa edilib. Bu möhtəşəm Mərkəz gənclərimizin daim toplaşacağı, öz maraqlarına uyğun məşğuliyyətlərini tapacağı məkana çevriləcək. Eyni zamanda, bu Mərkəz sumqayıtlı gənclərin vətənə sədaqət, torpağa sonsuz məhəbbət və vətənpərvərlik ruhunda tərbiyə olunmalarında müstəsna rol oynayacaq.

Mərkəzdə Ümummilli Liderimizin həyat və fəaliyyətini əks etdirən eksponatlardan ibarət muzey, 400 yerlik iclas, 50 yerlik konfrans, rəqs, sərgi və kompyuter zalları, elektron kitabxana, xalçaçılıq dərnəyi, rəsm və linqafon otaqları, smart sinfi, foto və videostudiya, gənclər üçün diskussiya zalları fəaliyyət göstərəcək. Dərnəklərlə yanaşı, dördüncü mərtəbədə nikah mərasimləri zalı fəaliyyət göstərəcək. Burada ailə quran hər bir sumqayıtlı gənc üçün Ulu Öndərin həyat və fəaliyyəti bir örnək olacaq. Nikah və qeydiyyat idarəsi də bu binada yerləşdirilib və nikah bağlanması üçün bütün şərait yaradılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər