Sumqayıtda Heydər Əliyev Məktəbinin növbəti məşğələsi keçirilib

1082

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında fəaliyyət göstərən Heydər Əliyev Məktəbi növbəti məşğələsini Prezident İlham Əliyevin gənclərin respublika toplantısındakı çıxışından irəli gələn YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin qarşısında duran vəzifələrə həsr edilib.

Məşğələdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin deputatları Mirzəcan Xəlilov, Tahir Mirkişili, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, YAP Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin üzvləri, Qadınlar Şurası və Gənclər Birliyinin fəalları, ərazi ilk partiya təşkilat sədrləri iştirak edib.

Sumqayıt YAP təşkilatından AZƏRTAC-a bildirilib ki, məşğələdə respublika toplantısında Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələr gənclərə və tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, Prezidentin proqram xarakterli çıxışında Azərbaycan gəncliyinə böyük inam xüsusilə vurğulanıb.

Məşğələdə ölkəmizdə əsası Ümummilli Lider tərəfindən qoyulan və bu gün uğurla həyata keçirilən gənclər siyasətindən, Azərbaycan gəncliyi qarşısında duran vəzifələrdən və Sumqayıt gənclərinə yaradılmış şəraitdən ətraflı söz açılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər