Sumqayıtda İcra başçısı səyyar qəbul keçirdi-FOTO

2088

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar qəbulu keçirilib. Səyyar qəbulda şəhər Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları, idarə və müəssisə rəhbərləri, şəhər sakinləri iştirak ediblər.

Şəhərin 1-ci mikrorayon ərazisində keçirilən səyyar qəbulda 20-dən çox vətəndaşın təklif, müraciət və şikayətləri dinlənilib.

Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinləri fərdi qaydada dinləyib. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismini yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Qeyd edək ki, Sumqayıt şəhərində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər