Sumqayıtda ictimai fəal gənclərin Bayraq Muzeyinə ekskursiyası təşkil olundu

1190

Sumqayıt şəhərGənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ictimai fəal gənclərin bir qrupunun, məktəblilərin Sumqayıt Bulvarında yerləşən Bayraq Muzeyinə səfəri təşkil olunmuşdur. Tədbirdə çıxış edənBaş İdarənin rəisi Elgün Hümbətov qeyd etdi ki, bu kimi tədbirlərin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, məktəblilər arasında dövlət rəmzlərini təbliğ etmək, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işini gücləndirmək, onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Tədbirdə “Şahin” hərbi-idman oyununun şəhər birinciliyində müvafiq olaraq I, II, III yerlər tutan Təbitət Elmləri Təmayüllü Gimnaziya, 5 nömrəli tam orta məktəb və Texniki və Təbiət Elmləri Liseyinin komandalarına Baş İdarənin fəxri fərman və kubokları ilə təqdim edilmişdir.
Sonra tədbir iştirakçıları Bayraq Muzeyinin inzibati binası və eksponatlarla tanış olmuş, xatirə şəkli çəkdirmişlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər