Sumqayıtda idarə rəisi toplantı keçirdi: Tapşırıqlar verdi – FOTOLAR

659

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində mədəniyyət işçiləri ilə görüş keçirib.

Görüş zamanı çıxış edən idarə rəisi Ulu öndər Heydər Əliyevin 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin konserti və “Buta” qızlar ansamblının təqdimatı ilə bağlı hazırlıq işlərindən danışıb, müvafiq tapşırıqlar verib.

Sumqayıtın mədəniyyət müəssisələrini əhatə edən problemlər, onların həlli yolları və görüləcək işlər haqqında da fikirlərini bildirən Mehman Şükürov şəhərimizdə son aylarda keçirilən yüksək səviyyəli tədbirlərdən danışaraq bildirib ki, belə tədbirlərin sayı artırılmalıdır.

İdarə rəisi həmçinin, şəhərin turizm potensialı, turizm–ekskuriyaişinininkişafıilə bağlı irad və təkliflərini bildirib, mövsüm açılışı ilə əlaqədar şəhər daxili və ölkə daxili turlara start verməyin vacibliyini vurğulayıb.

Sonra Ə.Bakıxanov adına uşaq incəsənət məktəbinin direktoru Əməkdar Mədəniyyət İşçisi Vaqif Süleymanov, N.Nərimanov adına mədəniyyət mərkəzinin direktoru Samir Şəfiyev və digərləri çıxış ediblər.

Mehman Şükürov mədəniyyət işçilərinin fikir və təkliflərini dinləyib, tapşırıqlarını verib.

Sumqayıtda idarə rəisi toplantı keçirdi: tapşırıqlar verdi - FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər