Sumqayıtda idmançının ölümünə səbəb olan ata-balanın işinə MƏCBURİ GƏTİRİLMƏ

1301

Sumqayıtda idmançının ölümünə səbəb olan Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, iş üzrə dindirilməyən 3 şahid qalıb.

Onlardan yalnız Fərid Mehmanov məhkəmə gəlib. Digər iki şahid barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Prosesdə şahid qismində Fərid Mehmanov bildirib ki, Sumqayıtda obyekt işlədir: “Hadisə günü Ramingil axırıncı otaqda oyun oynayırdılar. Bu vaxtı mərhum Rasifgil içəri girdi. Mən bir də xəbər tutdum ki, içəridə dava düşüb. Tərəfləri ayırdıq. Sonradan məlum oldu ki, söhbət adaptr üstündə olub. Axşam obyekti bağlayanda Raminin atası Əhədi gördüm, obyektə baxıb getdi. Səhəri gün eşitdim, axşam hadisə olub”.

Hakimin suallarına cavab verən şahid bildirib ki, obyektindəki çəkilən görüntüləri polisə təqdim edib. Prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edərək işi aparan müstəntiqlərin və prokuror köməkçisinin məhkəməfə dindirilməsini tələb edib. Vəsatət baxılmamış saxlanılıb. Məhkəmə prosesi yanvarın 8-də davam edəcək.

Prosesdən sonra zərərçəkənlərin yaxınları ilə təqsirləndirilən yaxınları arasında mübahisə düşüb. Məhkəmənin icra nümayəndələri tərəfləri sakitləşdirib.

Qeyd edək ki, hadisə ötən il Sumqayıt şəhərin 21-ci məhəlləsində bir qrup gənc arasında kütləvi dava olub. Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər – 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Lakin bir neçə gün sonra R.Həbibov xəstəxanada dünyasını dəyişib. Hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata və oğul – Ramil və Əhəd İsmayılovlar saxlanılıb. Məlumatda qeyd edilib ki, hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub. Faktla bağlı Sumqayıt Prokurorluğundan Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. Onu da qeyd edək ki, R.Həbibov idmançı olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər