Sumqayıtda “İdrak” liseyinin 10 illiyinə həsr olunmuş tədbir keçirilib

2399

Sumqayıtda “İdrak” liseyinin 10 illiyinə həsr olunmuş “İDRAK- 10 ilin işığında” adlı tədbir keçirilib.

Qonaqlar öncə Sumqayıt Dövlət Dram Teatrının foyesində təşkil olunmuş sərgi ilə tanış olublar.
Tədbirdə əvvəlcə liseyin inkişaf və fəaliyyətini əks etdirən video-çarx təqdim olunub.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək şəhər rəhbərliyi adından liseyin müəllim və şagird kollektivini, liseyin inkişafında əməyi olanları təbrik edib, liseyin gələcəkdə daha böyük uğurlar, nailiyyətlər qazanmasını arzulayıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov adından liseyə hədiyyələr və fəxri fərmanlar təqdim olunub.

Liseyin yaradıcısı və təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov  lseyin təhsilə verdiyi töhfələrdən, qazandığı uğurlardan, iş prinsiplərindən bəhs edən geniş məruzə ilə çıxış edib.

Daha sonra söz Təhsil Nazirliyinin nümayəndəsi Əsgər Quliyev “İdrak” liseyinin təhsildəki yeniliklərindən və yalnız bu təhsil müəssisəsində tətbiq olunan “Media dərslər” innovativ layihəsinin uğurlarından danışıb. Liseyin hər il yüz faizllik nəticə göstərərək özünü doğrultduğunu vurğulayıb.

Tədbirdə liseyin bir qrup müəllim heyəti Təhsil Nazirliyinin və Sumqayıt şəhər İcra Hakimiyyətinin təsis etdiyi döş nişanı, diplom və fəxri fərmanlarla təltif olunub.

Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib. Bir sıra tanınmış müğənnilərlə yanaşı liseyin şagirdlərinin də maraqlı çıxışları alqışlarla qarşılanıb.

1

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər