Sumqayıtda iki gəncin batması ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI

1448

Sumqayıtda dənizdə iki nəfər gəncin batması ilə bağlı araşdırmalara başlanıb.

Trend-in məlumatına görə, hadisə sentyabrın 16-da Novxanı çimərliyinin Sumqayıt şəhəri ərazisində, “Caspian Breeze” adlanan ərazidə baş verib.

2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Baxışzadə Hatif Hatəm oğlu “Caspian Breeze” ərazisində dənizdə çimərkən boğulub.

 Hər iki şəxsin meyiti tapılaraq sudan çıxarılıb.

Hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırmalar aparılır və zərurət olduğundan məhkəmə-tibb ekspertizası təyin edilib.

Hadisə ilə bağlı izahatlar alınıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər