Sumqayıtda iki kişidən qadına qarşı – Cinayət

1347

Sumqayıt şəhərində soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər bir qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə alıb.

3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Pərvin Hüseynov və Faiq Məmmədov saxlanılıblar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların avqustun 25-də daha bir qadının qızıl boyunbağısını da eyni üsulla almaları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər