Sumqayıtda iki nəfər bıçaqlandı, yaralılar əməliyyat olundu

1426

Sumqayıtda kütləvi dava zamanı iki nəfər xəsarət alıb.

“Report”un yerli bürosunun məlumatına görə, kütləvi dava zamanı iki nəfər – 1996-cı il təvəllüdlü Nəsirov Elməddin Valerin oğlu və 1993-cü il təvəllüdlü Əliyev Məhəmməd Nizami oğlu bıçaqlanıblar.

Yaralılar xəstəxanaya çatdırılaraq əməliyyat olunublar.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər