Sumqayıtda iki nəfərin ölümündə təqsirləndirilən avtobus sürücüsü məhkəmədə bəraət aldı

899

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şəmsəddin Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
sumqayitxeber.com -un APA-ya istinadən xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ş. Nəcəfov barəsində bəraət hökmü çıxarılıb.
Məhkəmə onun əməlində cinayət tərkibi olmadığını və yol-hərəkəti qaydasını pozmadığını müəyyən edib.

Qeyd edək ki, hadisə 2016-cı ilin iyunun 26-da saat 21 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində Ramil Tahirovun idarə etdiyi “Hyundai” markalı və şəhər sakini Şəmsəddin Nəcəfovun 3 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtomobillər toqquşub. Nəticədə R.Tahirov və sərnişinlərindən Əzizə Əzimova hadisə yerində ölüb, digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşı olan Ramin Tahirov Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsində çalışıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər