Sumqayıtda iki qadını vurub öldürən avtobus sürücüsü məhkəmə zalında həbs edilib

1024

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Məhəmməd Behbudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Behbudov 5 il 6 ay müdddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, ötən ilin dekabrın 5-də axşam saatlarında Sumqayıt şəhərində Məhəmməd Behbudov idarə etdiyi “Hyundai” markalı, 90 AD 889 dövlət nömrə nişanlı xətt avtobusu ilə 1969-cu il təvəllüdlü Abdullayeva Arzuyə Məlikəjdər qızı və 1988-ci ildən anadan olmuş Rzayeva Nuşabə Hakan qızını vurub. Hər iki şəxs hadisə yerində dünyasını dəyişib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər