Sumqayıtda ilk dəfə olaraq Jurnalistika məktəbi yaradılacaq

671
Ötən illər ərzində bizim təşkilat tərəfindən bir sıra tədbirlər hayata keçirilib. Bunlar arasında “Deputat-Vətəndaş” münasibətlərinin hansı formada və necə qurulması ilə bağlı tədbirimiz xüsusi əhəmiyyət kəsb edir. Bunu SİA-ya açıqlamasında Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin (SGVCİDİB) sədri Ramin Zeynalov Sumqayıt gəncləri ilə bağlı qarşıda görülməsi planlaşdırılan işlərə münasibət bildirərkən deyib.
“Bizim təşkilat 2010-cu ilin may ayında bir qrup gəncin dəstəyi ilə yaradılıb. Əsas məqsəd isə Sumqayıt şəhərində vətəndaş cəmiyyətinin inkişafına dəstək olmaqdır. Biz ötən il Azərbaycan Gəncliyi 2011-2015-ci il Dövlət Proqramı çərçivəsində təşkilatın işçi qrupu ilə mütəmadi görüşlər keçirərək, lazımi təkliflərimizi verdik. Bununla belə Sumqayıtda ilk dəfə olaraq “Jurnalistika” kursları təşkil etdik. Burada da başlıca olaraq üç istiqamət əsas götürüldü. Qəzet, radio və televiziya jurnalistikası. Digər uğurlu planlarımızdan biri isə www.shebeke.org saytının fəaliyyətə başlaması oldu. Bu saytın yaradılmasında da əsas məqsəd ondan ibarət idi ki, həm təşkilatımızın nəzdində həm də üçüncü sektorda baş vermiş yeniliklərlə vətəndaşlarımızı məlumatlandıraq”, – deyə birliyin sədri bildirib.
R.Zeynalov yaxın gələcəkdə “Polis-Vətəndaş” münasibətlərinin necə qurulması ilə bağlı tədbirlərlərin təşkil ediləcəyini də deyib: “Bununla belə Sumqayıtda ilk dəfə olaraq Jurnalistika məktəbinin yaradılması nəzərdə tutulub”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər