Sumqayıtda ilk dəfə: peşəkarlararası reytinq və “Azərbaycan kəməri” müdafəsi uğrunda döyüşlər təşkil olunacaq

546

Sumqayıtda respublika gününə həsr olunan kikboksinq yarışı Sumqayıt şəhər İcra Hakimiyyətinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə 29 may 2016-ci il tarixində Sumqayıt şəhərində 28 May – Respublika gününə həsr edilmiş kikboksinqin K -1 versiyası üzrə peşəkarlararası reytinq və “Azərbaycan kəməri” müdafəsi uğrunda döyüşlər təşkil olunacaqdır.

Bu barədə məlumat verən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev cəmiyyətdə vətənpərvərlik ruhunu təbliği istiqamətində federasiyasının dövlət qurumları ilə tədbirlərinin davam etdiyini qeyd edib:

“Təbdir respublika gününə həsr olunub. Bilirik ki, 1918-ci ilin may ayının 28-də böyük şəxsiyyətlərimiz yoxdan bir dövlət qurdular. Bu, şərqin ilk demokratik və hüquqi dövləti sayılırdı. Gəncliyimiz tariximiz yaxşı oxumalı və öyrənməlidir. Sumqayıtda keçirilən tədbir digər bölgələrdə təşkil etdiyimiz təbliğatın davamıdır. Bizim üçün əsas məsələ cəmiyyətdə sağlam ruhlu və vətənpərvər gənclərin yetişməsidir. Bu, turnirlərlə vətənpərvərlik missiyasının davam etdirilməsini istəyirik.”

Tədbirə təşkilati dəstəyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyəti verir. 7 döyüşdən ibarət yarış  Sumqayıt Şəhər Olimpiya Kompleksində keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər