Sumqayıtda imtiyazlı şəxslər üçün inşa olunmuş yaşayış binası istifadəyə verilib

792

bina_1_bSumqayıt şəhər Icra Hakimiyyətindən verilən məlumata görə imtiyazlı şəxslər üçün inşa olunmuş yaşayış binasının istifadəyə verilməsi mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev iştirak edib. İlk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İ.Rəhimov çıxış edib, sonra çıxış edən şəhər İcra hakimiyyətinin başçısı V.Əliyev son illər ərzində şəhərdə imtiyazlı şəxslərin mənzillə təmin edilməsi məqsədilə görülmüş işlərdən danışıb. Daha sonra binadan mənzil ayrılmış Qarabağ əlilləri, şəhid ailələri və Çernobıl əlillərinə mənzillərin orderləri təqdim edilib.

Qeyd edək ki, şəhərin 18-ci mikrorayon ərazisində yerləşən bu dördmərtəbəli bina 36 mənzildən ibarətdir. Binanın tikintisi Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən həyata keçirilib.

Onu da qeyd edək ki, 2003-cü ildən etibarən Sumqayıtda dövlət vəsaiti hesabına imtiyazlı şəxslər üçün 7 bina inşa edilərək sakinlərin istifadəsinə verilib. Son 6 il ərzində ümumilikdə şəhər üzrə 163 Qarabağ əlili, 47 şəhid ailəsi, 18 qaçqın ailəsi və 8 nəfər Çernobıl əlili mənzillə təmin olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər