Sumqayıtda insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir təşkil olunub

1496

Yeni Azərbaycan Partiyası  Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin təşkilatçılığı və Daxili İşlər Nazirliyinin insan alverinə qarşı mübarizə idarəsi və “Sumqayıt Diskusiya Klubu”-nun  dəstəyi ilə həyata keçirilən tədbir Sumqayıt Telekommunikasiya Qovşağında baş tutub.

Tədbirdə Sumqayıt Telekommunikasiya Qovşağının əməkdaşları, YAP Sumqayıt şəhər təşkilatı  Gənclər Birliyinin fəal üzvləri, müəllimlər, gənclər və şəhər ərazisində fəaliyyət göstərən özəl qurumların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədr müavini Elmar Xəlilov tədbir haqqında qonaqlara məlumat verib və mövzunun əhəmiyyətindən danışıb.

Sonram isə söz“Sumqayıt Diskusiya Klubu”-nun sədri  beynalxalq ekspert, Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən insan alverina qarşı mübarizə koalisiyasının üzvü Sevda Məmmədova  insan alverinə qarşı mübarizə ilə bağlı prezident İlham Əliyevin təsdiqlədiyi Milli Fəaliyyət Planı haqqında tədbir iştirakçılarına məlumat verib. Azərbaycan dövlətinin insan alverinə qarşı mübarizə ilə bağlı apardığı tədbirlərdən danışan layihə koordinatoru bildirib ki, hər il vətəndaş cəmiyyəti institutlarının insan alverinə qarşı mübarizə ilə bağlı həyata keçirdiyi maarifləndirmə tədbirlərinə yaxından dəstək olur.

Sevda Məmmədova  qeyd edib ki, prezident tərəfindən İnsan Alverinə Qarşı Mübarizə Komissiyasın sədri və İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin olunan Daxili işlər nazirinin birinci müavini general-leytenant Vilayət Eyvazovun rəhbərliyi ilə bu gün Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı fəaliyyət yüksək səviyyədə təşkil olunub və nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu cinayətkarlıqa ciddi şəkildə mübarizə aparır: “Bundan başqa insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə baş idarənin əməkdaşlığı yüksək səviyyədə qurulub”.

Daha sonra Sumqayıt Telekommunikasiya Qovşağının rəhbəri Nəriman Salmanov  çıxış edərək rayon ərazisində insan alverinə qarşı mübarizəyə dair aparılan maarifləndirmə tədbirləri  bağlı qonaqlara və tədbir iştirakçılarına məlumat verdi. İdarə rəhbəri Sumqayıt Telekommunikasiya Qovşağının  insan alverinə qarşı mübarizənin daha fəal iştirak edəcəklərini vurğuladı.

Sonda tədbir iştirakçıları ilə mövzü ətrafında müzakirələr aparıldı   

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər