Sumqayıtda intellektual yarış keçirilib

711

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə partiyanın 25 illiyinə həsr olunmuş gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Yarışda şəhərin 12 idarə və təşkilatından 14 komanda mübarizəyə qoşulub.
YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov partiyanın yaranma tarixindən danışaraq gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edilib ki, vətəndaşlar, xüsusilə də partiya üzvləri hər zaman ayıq-sayıq olmalı, radikal müxalifət liderlərinin mövcud hakimiyyətə qarşı insanları çaşdıra biləcək əsassız çağırışlarına öz prinsipial mövqeyini ortaya qoymalıdırlar.
Sonra yarışa start verilib. Komandalar 3 mərhələdə verilən 36 suala dürüst cavab tapmağa çalışıblar. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin komandası 1-ci, “Azərikimya” İB-nin komandası 2-ci, Sumqayıt şəhər Təhsil Şöbəsinin 1-ci komandası isə 3-cü yerə layiq görülüblər.
Yarışın qalibləri YAP Sumqayıt şəhər təşkilatının Fəxri fərmanı və hədiyyələrlə təltif ediliblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər