Sumqayıtda iş axtarma bacarıqları üzrə təlimi bitirməkdə olan gənclərdən bir qismi işlə təmin edilib

1153

Ali təhsilli işsiz gənclərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzində təşkil edilmiş təlimi bitirməkdə olan gənclərdən 3 nəfəri öz ixtisaslarına uyğun münasib iş yeri ilə təmin olunublar.

AZƏRTAC xəbər verir ki, bir ay əvvəl başlanan təlimə ali təhsil müəssisələrini bitirmiş 16 nəfər gənc cəlb edilib. Təlim zamanı gənclərə aktiv iş axtarma fəaliyyəti üçün zəruri bilik və bacarıqlar, iş axtarma texnologiyaları, işəgötürənlərlə ilkin əlaqələrin yaradılması, öz potensialını işəgötürənə təqdim etmək üçün sınanmış üsullar və s. öyrədilir.

Gənclər təlim zamanı işəgötürənlə ilkin ünsiyyətin qurulması, özünü təqdimetmə, CV və rezüme yazılışlarının ən optimal variantları, müsahibəyə hazırlıq və s. üzrə zəruri bacarıqlar qazanırlar.

Təlimin son günlərində gənclərdən bir qisminin burada yiyələndikləri bacarıqlar hesabına iş yeri əldə etmələri belə təlimlərin əhəmiyyətli olduğunu göstərir. Bu səbəbdən də Dövlət Məşğulluq Xidməti tərəfindən belə təlimlərin digər rayon (şəhər) Məşğulluq mərkəzlərində də təşkili nəzərdə tutulur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər