Sumqayıtda karantinə görə cərimələnənlərə vaxt verildi, əks halda… – AÇIQLAMA

1021
Sumqayıtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə bu günədək 1488 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Maraqlıdır, vətəndaşlar cərimələri könüllü şəkildə ödəyirmi, yaxud ödəməkdən imtina edənlər varmı? Bu zaman onları nə gözləyir?
Məsələ ilə bağlı Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsindən xeberle.com-abildirilib ki, karantin rejiminin pozulmasına görə cərimələnənlərə ödənişlər üçün 1 ay vaxt verilib: “Əgər 1 ay sonra cərimələr ödənilməzsə, inzibati materiallar məcburi icraya yönəldilir. Bu müddət tamam olan bəzi hərəkət iştirakçıları artıq cərimələrini ödəməyə başlayıblar”.
Qeyd edək ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) məsuliyyətə cəlb etmə nəzərdə tutulub.
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə –
– fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500  manatdan 2000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər