Sumqayıtda Karate üzrə məşqçi-müəllimin 50 illik yubileyi qeyd edildi

607

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Elgün Hümbətov karate üzrə məşqçi-müəllim Eldar Məmmədovu anadan olmasının 50 illik yubileyi münasibəti ilə qəbul etmişdir.
E.Hümbətov şəhərdə bədən tərbiyəsi və idmanın, xüsusi ilə karate idman növünün təbliği və inkişafında xidmətlərinə, şəhərin ictimai-siyasi və mədəni həyatında fəaliyyətinə görə E.Məmmədova təşəkkür etmiş, onu yubileyi münasibəti ilə şəhərin idman ictimaiyyəti, o cümlədən gəncləri adından səmimi qəlbdən təbrik etmiş, gələcək fəaliyyətində uğurlar arzulamış və onu Baş İdarənin plaketi ilə təltif etmişdir.
“Azərbaycan Respublikasının Əməkdar məşqçi”ləri Rafael Məmmədov, Akif Kərimov, Rövşən Allahverdiyev və Yəhya Əliyev Eldar Məmmədovun çoxşaxəli fəaliyyətindən danışaraq onu şəhərin karate ailəsi adından təbrik etmişlər.
Sonda E.Məmmədov ona göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər