Sumqayıtda keçirilən cüdo üzrə beynəlxalq turnir başa çatıb

497

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Sumqayıt Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan 2007-2009-cu il təvəllüdlü oğlan və qızlar arasında cüdo üzrə IX Beynəlxalq turnir başa çatıb.

Turnirdə Niderland Krallığı ilə yanaşı, respublikamızın 18 şəhər və rayon komandalarının 300-dən artıq idmançısı qalib adı uğrunda mübarizə aparıb.

Yarışı Azərbaycan Cüdo Federasiyası tərəfindən təyin olunan hakimlər heyəti idarə edib.

Qaliblər Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal və hədiyyələri ilə mükafatlandırılıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər