Sumqayıtda keçmiş məhkumlardan külli miqdarda narkotik vasitə götürülüb

853

Sumqayıtda keçmiş məhkumlardan külli miqdarda narkotik vasitə götürülüb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – M.Cəfərov və Ş.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı M.Cəfərovdan 105 qrama yaxın, Ş.Əliyevdən isə 50 qramdan artıq heroin aşkar edilərək götürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər