Sumqayıtda keçmiş məktəb direktoru dünyasını dəyişdi - FOTO

5260

sumqayitxeber.com xəbər verir ki, Sumqayıtın tanınmış pedaqoqu Təhməzov Tofiq Zeynal oğlu dünyasını dəyişib. 

Təhməzov Tofiq Zeynal oğlu 1938-ci ildə Qubadlı rayonunun Məmər kəndində anadan olub. 1958-ci ildə kənd orta məktəbində orta təhsilini bitirdikdən sonra 1959-1965-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Kimya” fakultəsində ali təhsil alıb.

1965-ci ildə əmək fəaliyyətinə başlayan T.Təhməzov 1965-1967-ci illərdə Qubadlı rayon Muradxanlı kənd orta məktəbində Kimya müəllimi, 1967-1968-ci illərdə Üzvi Sintez İstehsalat Birliyində kimyaçı, sonradan isə mühəndis və növbə rəisi vəzifələrində işləyib. Bundan sonra təhsil sisteminə keçərək T.Təhməzov 1969-cu ildə Sumqayıt şəhər 15 saylı orta məktəbdə kimya müəllimi, direktor müavini, 1990-cı ilin may ayından 2005-ci ilin aprel ayınadək General M.Əsədov adına 20 saylı orta məktəbin direktoru, 2005-ci ilin aprel ayından 2011-ci ilin sentyabrınadək General M.Əsədov adına Orta ümum təhsil İnternat məktəbinin Direktoru vəzifəsində çalışıb.

Pedoqoji fəaliyyət dövründə T.Təhməzovun müxtəlif illərdə fasilələrlə N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunda, Azərbaycan Neft Kimya İnstitutun Sumqayıt filialında Kimya müəllimi işləyib. Sovetlər İttifaqının müxtəlif qəzet və jurnallarında kimya fəninin tədrisinin təkmiləşdirilməsi istiqamətində elmi məqalələri dərc olunub. Belə ki, “Kimya bizə nələr verir”, “Kimya və İstehsdalat”, “Şagirdlərdə kimya dərslərinə maraq və qabiliyyətin inkişaf etdirilməsi” və s. Adlı məqalələri mövcuddur.

T.Təhməzov 1986-cı ildə Baş müəllim, 2001-ci ildə isə əmək veteranı adına laiq görülüb.

2018-ci il dekabr ayının 12-də ağir xəstəlikdən vəfat edib. Mərhumun yas mərasimi dekabr ayının 15-i Sumqayıt şəhər 26-cı məhəllədə yerləşən “Şəfa” sanatoriyasının mərasim zalında keçiriləcək.

Allah rəhmət eləsin !!!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər