Sumqayıtda keçmiş polis işçisi arvadını öldürdü -ÖZƏL

949
Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
Hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.
sumqayitxeber.com -a daxil olan məlumata görə keçmiş polis işçisi Nazim Allahverdiyev münaqişə zəminində həyat yoldaşı 1967-ci il təvəllüdlü Allahverdiyeva Nurbahar Ağacan qızını bıçaqlayıb. N.Allahverdiyeva bədənin kəsilmiş-deşilmiş yaraları diqanozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Xəstəxananın baş həkiminin müavini Mirnazir Muxtarovun Xeberle.com-a verdiyi məlumata görə, qadına dərhal cərrahi müdaxilə edilib və əməliyyata götürülüb. Əməliyyat uğurlu keçsə də, sonradan qadının vəziyyəti pisləşib və dünyasını dəyişib. Qadının ölmə səbəbi Məhkəmə Tibbi Ekspertizanın rəyindən sonra məlum olacaq.
Hadisəni törədən qadının həyat yoldaşı könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər