Sumqayıtda kiçiktutumlu marşrut avtobuslar, iri həcmli müasir avtobuslarla əvəz olunacaq

1353

Məlum olduğu kimi, son aylar Sumqayıta onlarla iritutumlu müasir tipli sərnişin avtobuslar gətirilib, bunun da nəticəsində bir sıra xəttlərdə dəyişiklik edilib. Əsasən də 3 və 4 saylı marşrut xəttlərində dəyişikliyin edilməsi şəhər sakinlərinin ürəyincə olmayıb. Sakinlərin əksəriyyəti sözügedən marşrut xəttlərinin onlar üçün əlverişli olmadığını və yollarının uzandığını iddia edirlər. Bu məsələyə aydınlıq gətirmək üçün “Sumqayıt Nəqliyyat” MMC ilə əlaqə saxladıq.

Xeberle.com-a açıqlama verən “Sumqayıt Nəqliyyat” MMC-nin əməkdaşı, Məzahir Piriyev qeyd etdi ki, 3 və 4 saylı marşrut xəttləri Dəmiryolu vağzalına qədər uzadılıb.

“Sumqayıtda üst-üstə düşən, paralel avtobuslar çoxdur. Bunlar vaxtı ilə açılıb, indi isə tıxac yaradır. Hal-hazırda Bakı-Sumqayıt xəttinə əlavə olunacaq müasir tipli, kondisionerli, beş ədəd iritutumlu marşrut avtobusu sifariş edilib. Onlar da yaxın zamanlarda xəttə buraxılacaq. Yeni marşrutlar gəldikcə xəttlərin üzərində işlər aparılılır ki, yollarda yaranan tıxaclar aradan qaldırılsın”.

M.Piriyev bizimlə söhbətində əlavə etdi ki, növbəti aylarda şəhərimizə müasir tipli avtobuslar gətirildikcə, kiçikhəcmli avtobuslar marşrut xəttlərindən çıxarılacaq. Bu həm rahatlıq, həm də Sumqayıtın gözəl görünməsi üçün atılan addımdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər