Sumqayıtda Kikboksinq üzrə çempionat keçiriləcək – FOTO

1858

Azərbaycan Kikboksinq Federasiyasının Sumqayıt Filialının və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə General Məhəmməd Əsədov adına “Zəngilan” İdman Klubunun Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Kikboksinq üzrə açıq birinciliyi və çempionatı keçiriləcək.

Çempionat 28-29 aprel tarixində Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək. Açılış mərasimi 28 aprel 2018-ci ildə saat 15:00-da baş tutacaq.

Bu barədə sumqayitxeber.com-a Azərbaycan Kikboksinq Federasiyasının Sumqayıt Filialının sədr müavini, əməkdar məşqçi Rəhim Abasəliyev məlumat verib.

O qeyd edib ki, “Zəngilan” İdman Klubu Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin köməkliyi və dəstəyi ilə bundan sonra General Məhəmməd Əsədovun adını daşıyacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər