Sumqayıtda kişilər çoxdur yoxsa qadınlar? - STATİSTİKA

1793

Sumqayıtda yaşayan əhalinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsindən verilən məlumata görə, 2018-ci ilin sentyabrın 1-nə olan məlumata görə, Sumqayıt şəhər əhalisinin sayı 342.600 nəfərdir.

Hazırda şəhər əhalisinin 173.700 nəfərini qadınlar, 168.900 nəfərini isə kişilər təşkil edir.

İlin əvvəlində isə rəsmi statistikaya görə əhalinin sayı 341.400 nəfər olub. Ötən müddət ərzində Sumqayıtda əhalinin sayı 1200 nəfər artıb. Üstəlik qadınların sayı bu dəfə kişiləri üstələyib.

Xatırladaq ki, 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə “Beynəlxalq Qızlar Günü” elan edilib. Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər