Sumqayıtda kitab həvəskarları üçün maraqlı layihə – FOTOLAR

660

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 09 noyabr 2013-cü ildə Sumqayıt şəhəri Nəsimi adına dənizkənarı istirahət parkında  Park Restaurantda  “Canlı Kitablar” adlı layihə çərçivəsində kitab sərgisi keçirilmişdir. Layihənin icraşısı Ceyhun Hüseynov sərgini açıq elan edərək layihənin məqsədinin gənclərin asudə vaxtının səmərəli təşkili, gənclərimiz arasında kitab mütailəsinə olan marağın artırılması, bilik mənbəyi sayılan kitabları qorumaq və gələcək nəsillərə çatdıtmaq olduğunu bildirdi. Sərginin 09 noyabr Dövlət Bayrağı Gününə təsadüf  etməsinin sevindirici hal olduğunu vurğulayan layihə rəbəri, iştirakçıları bu əlamətdar gün münasibətiylə təbrik etmişdir.

Daha sonra müxtəlif yerli və xarici ədəbiyyat nümunələrini özündə əks etdirən kitab rəfi  oxucaların ixtiyarına verilmişdir. Ümummilli lider Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən ədbiyyat inciləri gənclər tərəfindən böyük maraqla qarşılanmışdır. Rəfin prinsipinə görə oxucular buradan əldə etdikləri kitabları ya geri qaytarmalı, ya da əvəzinə başqa kitab təhvil verməlidir.

Sərgidə  Milli Ordumuzun zabiti Ramil Səfərovun Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun, İgidliyə görə təltif edilən Əhməd Abdullayevin, Fərid Əhmədovun, eləcə də Qarabağ döyüşlərində həlak olan bütün şəhidlərin xatirəsinə ithaf etdiyi “Pal küçəsinin oğlanları“ kitabı da gənclərin diqqətini cəlb etmişdir.

Sərgidə çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdüri Rüstəm Sadıqzadə, şəhərin aparıcı mediya qurumlarının nümayəndələri, tələbə gənclər təşkilatlarının rəhbərləri və fəal gənclər belə tədbirlərin keçirilməsinin gənclərimizin milli-mədəni dəyərlərimizin qorunmasında, millli ədəbiyyatımıza, kitaba olan marağının artırılmasında mühüm rol oynayacağını vurğuladılar.

16

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər