Sumqayıtda könüllü gənclərlə görüş keçirildi

896

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə könüllülük fəaliyyətinə yeni qoşulan, həmçinin bu fəaliyyətdə iştirak edən müxtəlif sahələri təmsil edən könüllü gənclərlə görüş keçirilmişdir.

Görüşdə çıxış edən Baş İdarənin rəisi Elgün Hümbətov bildirdi ki, Sumqayıt şəhərində könüllülük fəlsəfəsinin inkişafı gənclər siyasətinin mühüm istiqamətlərindən biri kimi qəbul edilir və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrası məqsədilə mütəmadi olaraq gənclərin ictimai fəallığının artırılması və könüllülük fəaliyyətinə cəlb olunması  sahəsində ardıcıl işlər həyata keçirilir. Qeyd edildi ki, gənclərin könüllülük fəaliyyətinə cəlb olunması onların məşğulluğunun təmin edilməsi, şəxsi inkişafına şəraitin yaradılması, sosial fəaliyyətlərinin artırılması, bilik və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyətə malikdir və cari ilin əvvəlindən başlayaraq həyata keçirilən “Könüllü ol”, “Ağacəkmə”, “Nəqliyyat Könüllüləri” devizi altında maarifləndirici aksiyalar şəhərimizin 70 illik yubileyinə də öz töhfəsini verməkdədir.

Sonra könüllülərin təklifləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı və tövsiyələr bildirildi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər