Sumqayıtda koronavirusa görə parklarda skamyalar yığışdırıldı - FOTOLAR

1731

Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən parklarda insanların oturması üçün nəzərdə tutulan skamyalar tərsinə çevrilib.

“Report” xəbər verir ki, buna səbəb koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində insanların sıxlığını tənzimləmək məqsədilə bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılmasıdır.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsi haqqında qərarına əsasən, bu gecədən bütün bulvar, park və istirahət mərkəzlərinə giriş məhdudlaşdırılacaq.

Sumqayıt şəhərindəki Heydər parkından çəkilən görüntüləri təqdim edirik:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər