Sumqayıtda maşın 17 yaşlı qızı vuraraq qaçıb

1229

Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, H.Z.Tağıyev qəsəbəsi, Kərim Kərimov küçəsi, ev 21, mənzil 44-də yaşayan 2001-ci il təvəllüdlü Ayşən Rasim qızı Abudova evə çörək almağa gedərkən yolda “VAZ-2107” markalı avtomobil tərəfindın vurulub.

Sürücü dərhal hadisə yerindən qaçıb.

Qəza zamanı xəsarət alan A.Abudova Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər