Sumqayıtda mənzildə yanğın olub, xəsarət alan var

848

Sumqayıtda mənzildə baş verən yanğında bir nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, Sumqayıt şəhərində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub və yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər