Sumqayıtda Metaləritmə zavodunda İŞÇİ AXTARILIR

2807

Vəzifənin adı: Metaləritmə zavodu, Şixtəçi

Vəzifə öhdəlikləri:

• Şixtə materiallarını və sahədə olan digər xammalların badyalara yığılaraq poladəritmə sahəsinə verilməsi zamanı kran maşinistinin işini yönəldir.
• Dolmuş badyaları induksion sobaları sahəsinə göndərir.
• Şixtə  sahəsində istehsal tapşırıqlarını. iş normalarını yerinə yetirir, şixtənin keyfiyyəti və ritmik doldurulmasını təşkil edir.
• Boşaldılmış badyaların sahəyə qaytarılaraq yenidən doldurulmasını təşkil edir.
• Şixtə həyətinə gələn materialların vaxtında boşaldılmasını, onların tərkibinə uyğun yerləşdirilməsini, badyaların qabaritlər gözlənilməklə doldurularaq poladəritmə sobalarına verilməsini təşkil edir.
• Şixtə həyətinə daxil olan materialların keyfiyyətinə və partlayış təhlükəsizliyinə görə yoxlanmasını təşkil edir.
• Şixtə həyətinə daxil olan metalların qabaritə uyğun olmasını təmin edir, uyğun olmayan metalların sahədə doğranmasını təmin edir.
• Növbə ərzində sahəyə daxil olan və poladəritmə sahəsinə göndərilən materialların hesabatını və uçotunu aparır.
• Badyanı və iş yerini istehsalat tullantılarından təmizləyir.
• İşdən əvvəl və iş zamanı yükqaldırma və calama vasitələrinin saz vəziyyətdə olmasını yoxlayır.
• Sahənin  işinin yaxşılaşdırılması barədə təkliflər verir.
• Avadanlıqlarda boşdayanmaların, tez xarab olmanın, qəzaların baş verməməsi üçün təlimat və Qaydaların tələblərinə əməl olunmasını təmin edir.
• Metal şixtə doldurulan zonaya kənar şəxslərin girişinin məhdudlaşdırılmasını təmin edir.
• İş alətləri və avadanlıqlardan, iş geyimləri və FMV-dən səliqəli və səmərəli istifadə edir.
• Əməyin mühafizəsi,yanğın təhlükəsizliyi qaydalarına və sanitariya normalarına əməl edir və bu qaydaları pozanlara qarşı tədbir görmək üçün rəhbərlik qarşısında vəsadət qaldırır.
• Mal və materiallardan səmərəli istifadə olunmasını təşkil edir.
• Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün sex rəisinə məlumat verir.

Təhsil/Təcrübə:

• Orta-texniki təhsil;
• Analoji sahədə 2 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və Müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: cv@stp.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər