Sumqayıtda meyiti tapılan gənclə bağlı CİNAYƏT İŞİ açıldı

1330

Bir neçə gün əvvəl itkin düşmüş Gəncə sakini 1990-cı il təvəllüdlü Pərviz Quliyevin Sumqayıtda dəniz kənarında asılmış vəziyyətdə meyitinin tapılması ilə bağlı cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, daxil olan məlumat əsasında polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, meyit müayinə olunmaq üçün Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə təqdim edilib.

 Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Xatıladaq ki, fevral ayının 22-dən itkin düşən düşən Pərviz Quliyevin meyiti bu gün Sumqayıtda “Mayak” adlanan ərazidə aşkarlanıb. P.Quliyev sonuncu dəfə metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında görünüb. O, itkin düşən zaman əynində qara rəngli gödəkcə və cins şalvar olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər