Sumqayıtda milli hərbi-vətənpərvərlik filmləri həftəsi keçirilib – FOTOLAR

532

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində milli hərbi-vətənpərvərlik filmləri həftəsi keçirilib.
Layihə çərçivəsində hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş filmlərimiz nümayiş olunub.”Milli hərbi-vətənpərvərlik filmləri həftəsi” layihəsinin rəhbəri Günel Məmmədova mətbuata açıqlamasında bildirib ki, layihənin əsas məqsədi gənclər arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə nail olmaq, hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş milli filmlərimizin gənclər arasında təbliğ etmək, gənclərin asudə vaxtını səmərəli keçirtməsinə dəstək olmaqdır.
Layihə rəhbəri bildirib ki, bu mövzuda çəkilmiş filmlərimizin gənclər arasında təbliğinə ehtiyac duyulurdu: “son illərdə vətənpərvərlik mövzusunda istər bədii, istərsə də sənədli filmlər çəkilsə də həmin filmlərin təbliğat işləri aparılmır. Gənclər və yeniyetmələr arasında belə filmlərin təbliği və həmin filmləri nümayiş etdirərək gənclər arasında vətənpərvərlik hissini aşılamaq üçün “Milli hərbi vətənpərvərlik filmləri həftəsi” layihəsi ideyası ortalığa çıxdı. Layihə gənclər tərəfindən maraqla qarşılandı, gələcəkdə bu layihənin davamlılığı üçün çalışacağıq.”












www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər