Sumqayıtda müasir tullantı poliqonu yaradılacaq

2221
ərazilərdə isə 1000 kubmetr məişət tullantısı formalaşır”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” adlı verilişdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, bu tullantılar Sumqayıt şəhər poliqonuna daşınır:
“Bu məsələ tam həllini tapmayıb, bəlkə də qismən həllini tapıb. Çünki ətraf mühitə cavabdeh qurum olaraq həmin ərazinin və poliqonun idarə olunması bizi də qane etmir. Bunun sübutu olaraq bu ilin 7 ayı ərzində həmin poliqon və onun idarə olunması ilə bağlı 11 dəfə inzibati sənədləşmə və 15 min manat cərimə olub. Lakin bu hələ məsələnin həlli deyil. Sumqayıt böyük sənaye şəhəridir. Bununla bağlı çox yaxın zamanlarda Sumqayıtda müasir poliqonun yaradılması üçün işlər gedir. Düşünürük ki, bu məsələ yaxın zamanlarda həllini tapacaq”.
H. Əlizadə deyib ki, ölkə başçısının plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılması ilə bağlı sərəncamına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfdaşları ilə birgə pilot layihəyə start verəcək: “Artıq hazırlıq işləri başa çatıb. Bu layihə çərçivəsində 6 ay müddətində Sumqayıtın bir neçə mikrorayonunda məişət tullantılarının çeşidlənməsi ilə bağlı işlər aparılacaq. Bu çeşidlənmə nəticəsində məişət tullantılarının plastik və digər mənşəli olanları təkrar emal sexlərinə gedəcək. Düşünürük ki, bu, həm Sumqayıt ərazisində gələcəkdə məişət tullantılarının çeşidlənməsi, qablaşdırılması üçün böyük təkan olacaq, həm də poliqonun idarə edilməsinə xüsusi töhfə verəcək ki, bu tullantıların həcmi müəyyən qədər azaldılsın”.(apa.az)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər