Sumqayıtda müasir turizm infrastrukturu qurulur – Zakir Fərəcov otelin açılışında (FOTOLAR)

713

Sumqayıt şəhərində növbəti otelin açılış mərasimi keçirilib. Corat qəsəbəsində, dənizin bir neçə metrliyində inşa olunan “Regnum” otel və restoranının açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov,  idarə və müəssisə rəhbərləri, şəhərin ictimaiyyət nümayəndələri iştirak edib.

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov otelin rəmzi açılışını bildirən qırmızı lenti kəsib. Sonra Z.Fərəcov çıxış edərək Sumqayıtda son vaxtlarda turizm sahəsində görülən işlərdən danışıb və gələcəkdə də şəhərin bu potensialının yüksəldilməsi istiqamətində tədbirlər görüləcəyini vurğulayıb.
Qeyd edək ki, 3 mərtəbəli “Regnum” otel 28 otaqdan ibarətdir. Otaqların sahəsi 40-45 kv.metrdir. Nömrələrin 7-si tvin, 21-i isə dabldır. 14 otaq dəniz mənzərəlidir. Binanın 1-ci mərtəbəsində restoran, banket zalı və konfrans otağı var.

sumqayitxeber.com
Fotolar: Xəqani Əzizov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər