Sumqayıtda mülki müdafiə YOXLAMASI- FOTOLAR

4586

1 mart – Ümumdünya Mülki Müdafiə günü münasibətilə Etilen-polietilen zavodunun ərazisindəki meydançada “Fövqəladə hallarda davranış qaydalarına düzgün əməl edilməsi və təhlükəsizliyin təmini hər bir işçinin məsuliyyətinin tərkib hissəsidir” mövzusunda obyekt mülki müdafiə təlimi keçirilib.

“Azərikimya” İB-nin Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin, “Etalon Security” MMC-nin mühafizəçilərinin, “Kimyaçı” poliklinikası və Təcili tibbi yardım Mərkəzinin təcili tibbi yardım briqadasının, FHN Sumqayıt şəhər DYMİ-nin 24 saylı Yanğından Mühafizə Hissəsinin qüvvə və vasitələrinin iştirak etdiyi və müxtəlif təyinatlı maşın və mexanizmlərinin də cəlb edildiyi tədbirdə öncə Mülki Müdafiə qüvvələrinin düzülüşünə, sonra isə onların əmlak və avadanlıqlarının vəziyyətinə baxış keçirilib. Baxış zamanı tədbirə cəlb olunmuş Mülki Müdafiə qüvvələrinin şəxsi heyətinin müsahibə və sual-cavab yolu ilə mülki müdafiə sisteminin əhəmiyyəti, təbii fəlakətlərin, istehsalat qəzalarının və digər fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı nəzəri bilikləri yoxlanılıb.

Tədbirdə həmçinin əhalinin mühafizəsi və fəlakətlərə qarşı mübarizə sahəsində mülki müdafiənin rolu, fövqəladə hallarda işçilər tərəfindən davranış qaydalarına düzgün əməl edilməsinin və təhlükəsizliyin təmin olunmasında onların hər birinin məsuliyyətinin əhəmiyyəti haqqında ətraflı məlumat verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər