Sumqayıtda “Neftçilər günü” ilə əlaqədar konsert olacaq

762

Sentyabrın 18-də  «Kimyaçı» mədəniyyət sarayının qarşısında respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert olacaq

ARDNŞ-nin «Azərikimya» İstehsalat Birliyinin əməkçiləri ilk dəfə olaraq Azərbaycan neftçiləri ilə birgə “Neftçilər günü” peşə bayramını qeyd etməyə hazırlaşır. Sumqayitxeber.com ARDNŞ-nə istinadən məlumat verir ki, bu münasibətlə «Üzvi sintez» zavodunda geniş tədbir keçirilmişdir. Yığıncaqda Birliyin Həmkarlar Ittifaqı komitəsinin sədri Vaqif Ömərov böyük neftçilər ailəsinə yeni qoşulan kimyaçıları peşə bayramı münasibəti ilə təbrik edərək, «Əsrin müqaviləsi»nin tarixi əhəmiyyətindən danışmışdır.

Yığıncaq iştirakçıları Bibiheybət və Balaxanıda çıxarılan ilk neftdən tutmuş «Əsrin müqaviləsi»nə qədər Azərbaycan neftçilərinin keçdiyi şərəfli tarixi yoldan söhbət açmış, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə ARDNŞ-in tabeliyinə verilən «Azərikimya» İB kimyaçılarının bu ildən etibarən böyük neftçilər ailəsinə qoşulmasından, bir çox dünya ölkələrinin kəskin maliyyə böhranı ilə üzləşdiyi halda Azərbaycanın bu ağır sınaqdan ciddi problem olmadan çıxa bilməsini məmnunluqla qeyd etmişlər.

Qeyd edək ki, Neftçilər günü münasibəti ilə «Azərikimya» İB-nin digər müəssisələrində də silsilə tədbirlər keçiriləcək. Sentyabrın 18-də isə Sumqayıt şəhərində «Azərikimya» İstehsalat Birliyinin «Kimyaçı» mədəniyyət sarayının qarşısında respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə şəhər miqyaslı geniş konsert proqramın keçirilməsi də nəzərdə tutulmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər