Sumqayıtda “Nəqliyyat Könüllüləri” devizi altında aksiya davam edir

936

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ictimai nəqliyyat vasitələrində “Nəqliyyat  Könüllüləri” devizi altında “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərində öz əksini tapmış məsələlərin həlli, sürücülər və sərnişinlər arasında düzgün ictimai davranış  qaydalarının təbliği,ictimai nəqliyyatda sürücü və sərnişin məsuliyyətini artırmaq, qayda qanuna riayət etmək və bununla da daha rahat və təhlükəsiz sərnişin daşımaya şərait yaratmaq və digər mövcud problemləri aradan qaldırmaq məqsədilə  könüllülər qrupu yaradılıb.Maarifləndirmə işində müxtəlif sahələri təmsil edən ictimai fəal gənclər iştirak edir.

Maarifləndirmə işində iştirak edən könüllülər qrup şəklindəBaş İdarə və Nəqliyyat MMC-nin əməkdaşlarının müşayətilə nəqliyyat vasitələrində sürücü və sərnişinlərin ictimai mədəni davranış qaydalarına riayət etmələri ilə bağlı təbliğat işi aparırlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər