Sumqayıtda “Nəqliyyat Könüllüləri” fəaliyyətdə – FOTO

1380

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən ictimai nəqliyyat vasitələrində “Nəqliyyat  Könüllüləri” devizi altında maarifləndirici aksiya davam edir. 07 yanvar 2019-cu il tarixindən başlanılan növbəti aksiyanın məqsədi sürücü və sərnişinlər arasında düzgün ictimai davranış  qaydalarının təbliği,ictimai nəqliyyatda sürücü və sərnişin məsuliyyətini artırmaq, qayda qanuna riayət etmək və bununla da daha rahat və təhlükəsiz sərnişin daşımaya şərait yaratmaq və mövcud problemləri aradan qaldırmaqdır.Maarifləndirmə işində müxtəlif sahələri təmsil edən ictimai fəal gənc könüllülər iştirak edir.

Könüllülər qrup şəklindəBaş İdarə və Nəqliyyat MMC-nin əməkdaşlarının müşayəti İlə nəqliyyat vasitələrində sürücü və sərnişinlərin ictimai mədəni davranış qaydalarına riayət etmələri ilə bağlı təbliğat işi aparırlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər