Sumqayıtda nərd üzrə şəhər kuboku keçirilib

871

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyi Sumqayıtda nərd üzrə kubok yarışları təşkil etmişdir. Azərbaycanda populyar olan nərd turnirinə şəhərin müxtəlif məhəllə və mikrorayonlarını təmsil edən 160-dan cox həvəskar qatılmış, ilkin mərhələdən sonra 96 iştirakçı yarışı davam etdirmək hüququ qazanmışdır. Olimpiya sistemi üzrə keçirilən və 5 gün davam edən ikinci mərhələdə 10 iştirakçı finala vəsiqə qazanmışdır. Şəhər zəhmətkeşlərinin kütləvi marağına səbəb olan gərgin idman mübarizəsinə nəzarət təşkilat komitəsinin rəhbərlik etdiyi hakimlər qrupu tərəfindən həyata keçirilmişdir. Yarışın son mərhələsində finalçılar iki qrupun hər birində dairəvi sistem üzrə 4 yarış keçirmişlər. Münsiflər heyəti tərəfindən müəyyən edilmiş qaliblərə qiymətli hədiyyələr, nərd-taxta bağışlanılmış, xüsusi diplomlar təqdim olunmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər