Sumqayıtda NGN şəbəkəsinin qurulması ilə bağlı işlər davam etdirilir

907

Aztelekom İstehsalat Birliyinin Sumqayıt Telekommunikasiya Qovşağı yeni nəsil NGN şəbəkəsinin yaradılması üzrə geniş işlər həyata keçirir.TKQ-nin rəisi Akif Əskərovun sözlərinə görə, NGN şəbəkəsinin qurulması ilə bağlı tenderdə qalib gəlmiş şirkətlə artıq müvafiq müqavilə imzalanıb.

“ATS-lərin Cari ilin sonuna kimi tam elektronlaşdırılacağı gözlənilir.Yeni nəsil şəbəkəsi 50 min nömrəni əhatə edəcək. ”, – deyə A.Əskərov bildirib.

Qeyd edək ki, «Aztelekom» Azərbaycanın regionlarında ilk dəfə NGN texnologiyasını Şamaxıda tətbiq edib. «Elektron Azərbaycan»ın kiçik modeli kimi reallaşdırılan «Elektron Şamaxı» layihəsinin həyata keçirilməsi nəticəsində Şamaxı rayonunun mərkəzində və 23 kənd yaşayış məntəqəsində quraşdırılmış NGN şəbəkəsi ötən ilin sonunda əhalinin istifadəsinə verilib.

NGN texnologiyası istifadəçilərə İP-TV, video telefon, İnternetə sürətli qoşulma ilə yanaşı, əlavə 21 növ servis xidmətlərindən istifadə etmək imkanı verir. Bura çıxış zənglərinin məhdudlaşdırılması, nömrənin bağlanması, zəngli saat, giriş zənglərinin məhdudlaşdırılması, birbaşa yönəltmə, cavab olmayanda yönəltmə, məşğulluq zamanı yönəltmə, ikinci zəngin qəbulu, nömrənin məşğulluğu zamanı məşğulluq bitdikdə hər iki tərəfə zəng göndərilməsi, 3 və 64 nəfərlik konfrans rabitə, konfrans rabitə zamanı ikinci zəngin qəbulu, nömrənin təyin edilməsi, nömrənin gizlədilməsi, ehtiyatda olan nömrə gizlətmə və s. xidmətlər aiddir. xeberler.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər