Sumqayıtda növbəti ağacəkmə aksiyası keçirildi – bu dəfə meyvə ağacları əkildi

1467

Sumqayıt şəhərində növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyada Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatların, təsərrüfat xidmətlərinin əməkdaşları iştirak ediblər.
İDEA İctimai Birliyinin təşəbbüsü ilə ölkəmizdə meyvə ağaclarının əkilməsi Sumqayıt şəhərində də uğurla həyata keçirilir. Bu çərçivədə keçirilən növbəti ağacəkmə kampaniyasında şəhərdəki Heydər Əliyev parkının ərazisində 250 meyvə tingi, badam, alma, armud, alça, əncir, yapon əzgili əkilib.
Şəhər ictimaiyyətinin böyük maraqla iştirak etdiyi ağacəkmə aksiyasında gün ərzində şəhərin müxtəlif ərazilərində 1500-ə yaxın sərv və tuya ağacları əkilib.
Qeyd olunub ki, aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunasına yönəltməkdir.
Vurğulanıb ki, Sumqayıt şəhərində son 3 ildə 300 mindən çox ağac, 3 milyona yaxın dekorativ gül kolları əkilib. Park və xiyabanların, məhəllə və mikrorayonların yaşıllaşdırılması məqsədi ilə payız mövsümündə isə 25 min ağac əkilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər