Sumqayıtda növbəti seminar keçirildi

953

Sumqayıtda «Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması işinə dəstək» layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir.

26 may 2018-ci il tarixində Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt tələbələri” İctimai Birliyi tərəfindən «Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması işinə dəstək» layihəsi çərçivəsində növbəti – üçüncü təlim baş tutdu.
“Sumqayıt tələbələri”İctimai Birliyinin sədri Rüfət Mahmudzadə təlim iştirakçılarınısalamladı, onları Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə təbrik etdi və layihənin məqsədləri – gənclər arasında informasiya texnologiyalarından düzgün faydalanmanın təbliği və Virtual Ensiklopediya olan Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması barədə məlumatlandırdı.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun əməkdaşıPərvin Rəsulov çıxış edərəkgənclərin ictimai fəaliyyətində İKT-nın rolu barədə məlumat vermiş, bu sahədə uğurlu dövlət strategiyasının nəticələri haqqında fikirlərini bölüşmüşdür.
Təlimtəhsil və İKT sahəsində ekspert və təlimçi Ramil Süleymanov tərəfindən keçirildi. Eyni zamanda təlim iştirakçılarınaveb 2.0 texnologiyaları, sosial şəbəkələrdən istifadə, sosial şəbəkələrin xüsusiyyətləri, vikipediyada redaktə bacarıqları, məqalələrin yerləşdirilməsi kimi məlumatlar interaktiv olaraq təqdim olunmuşdur.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olundu.
Layihə çərçivəsində təlimlərdəSumqayıt şəhərindən 245 nəfər gəncin iştirakı nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər